Bakıda kütləvi dava

Bakının Bakıxanov qəsəbəsindəki "Kabak" restoranında kütləvi dava düşüb.

Milli.Az-ın məlumatına görə, müştərilərlə ofisiant arasındakı davada 20-yə yaxın adam olub. Nəticədə ofisiantlar möhkəm döyülüblər.

Hadisə yerinə mühafizə polisinin əməkdaşları gəliblər. Hazırda ərazidə dava sakitləşsə də, yenidən başlayacağı gözlənilir. Polis davanın yenidən baş verməməsi üçün ərazini nəzarətə götürüb.

Davaya müştərilərin sərxoş halda ofisiantlara söz atması səbəb olub.



AzNews.az