AMEA-nın Fizika İnstitutunda yanğın

Azərbaycan Milli Elmlər Akadmeiyasının Fizika İnstitutunda yanğın baş verib.

Bu gün saat 10:30 radələrində AMEA-nın Fizika İnstitutunda yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları cəlb edilib.

Yanğınsöndürənlərin Trend-ə verdiyi məlumata görə, elektrik şitində kiçik yanğın baş verib. Lakin onlar hadisə yerinə gələnədək yanğın instututun əməkdaşları tərəfindən söndürülüb.

Fizika İnsitutundan isə bildiriblər ki, hadisə elektrik şitində qısa qapanma səbəbindən baş verib. Yanğın zamanı xəsarət alan olmayıb.

AzNews.az