- Köhnə - Hadisə
- 18 Mart 2014 08:54
- 3 804
Xadimə evdən külli miqdarda qızıl-zinət əşyaları oğurladı

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Əhməd Cavad küçəsi 4, mənzil 1-də qeydə alınıb.
Bakı şəhər sakini Adilə Baba qızı Zülfüqarova polisə ərizə ilə müraciət edərək, evində xadimə işləyən Kifayət adlı qadının mənzildən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığını bildirib.
Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.
AzNews.az