- Köhnə - Hadisə
- 18 Mart 2014 12:15
- 5 021
Doğuş zamanı əkiz körpələr öldü- Azərbaycanda
APA-nın məlumatına görə, rayon sakini, 1989-cu il təvəllüdlü Gülnarə Şəmiyeva doğuşla əlaqədar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsində daxil olub. Təbii doğuş alınmadığı üçün dərhal əməliyyata qaldırılan xəstənin əkiz oğlan uşaqları əməliyyat zamanı ölüb.
Ananın vəziyyəti də ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az