Rayona gedənlərdən gündə 150 min manat - MƏNİMSƏMƏ (Fotolar)

Bakı dairəvi yolunda vətəndaşların hüquqları kütləvi şəkildə pozulur. AzNews.az-ın "Novosti-Azərbaycan" İnformasiya Agentliyinə istinadən verdiyi xəbərə görə, mayın 27-dən etibarən respublikanın cənub bölgəsinə getmək istəyənlər Bakı dairəvi yolu ilə deyil, "Sədərək" Ticartə Mərkəzinin içindən keçmək məcburiyyətində qalır. Buna səbəbə isə Bakı dairəvi yolunun "Sədərək" Ticarət Mərkəzinin hissəsində yolun təmirə bağlanması ilə bağlıdır. Vətənədaşlar yola davam etmək üçün "Sədərək" Ticarət Mərkəzinin çıxış qapısına 50 qəpik ödəməli olurlar. Bunu vermək istəməyənlərə isə çıxış qadağan edilir.

Agentlik bununla bağlı sadə hesablama da aparıb: "Bir dəqiqədə bu keçid məntəqlərindən haradasa 6 avtombil keçərsə, o zaman bu gün ərzində neçə avtomobil etdiyini və bundan gələn gəliri asanlıqla hesablamaq olar. Bu isə gün ərzində 150 min AZN-dən artıq edir".

AzNews.az
image description image description image description image description