Masallıda inşaat materialları satışı bazarında yanğın hadisəsi baş verib. Masallıda inşaat materialları satışı bazarında yanğın hadisəsi baş verib.

Masallıda inşaat materialları bazarı yandı

Masallıda inşaat materialları satışı bazarında yanğın hadisəsi baş verib.



Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən AzNews.az xəbər verir ki, Masallı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 1800 kv.m olan inşaat materialları satışı bazarının içərisində olan plitə qurutma sexinin yanar konstruksiyaları 144 kv.m sahədə yanıb.

Bazarın digər hissəsi isə yanğından mühafizə olunub. Yanğın saat 06:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az