Ölkə ərazisində hava şəraiti kəskin dəyişib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumatına görə əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 16-sı axşam şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, sentyabrın 17-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, əksər rayonlarda leysan xarakterli yağış yağıb, əsasən şimal və qərb rayonlarında daha da intensiv və güclü olub.



Düşən yağıntının miqdarı 18-33 mm-ə çatıb.

Qeyd edək ki, şimal və qərb rayonlarında bir gecə ərzində yağıntının miqdarı aylıq normanın 87 faizini təşkil edib.

Ayrı-ayrı rayonlarda güclü şimal-qərb küləyi əsib.


AzNews.az