Bakı şəhərinin Xətai rayonunda 2 azyaşlı uşaq xilas edilib. Bakı şəhərinin Xətai rayonunda 2 azyaşlı uşaq xilas edilib.

2 azyaşlı uşaq xilas edildi

Bakı şəhərinin Xətai rayonunda 2 azyaşlı uşaq xilas edilib.



AzNews.az xəbər verir ki, 2 azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olublar.

Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib.


AzNews.az