Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində yaxın zamanlarda müəyyən islahatların aparılması nəzərdə tutulur. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində yaxın zamanlarda müəyyən islahatların aparılması nəzərdə tutulur.

Əbülfəs Qarayev yeni qurum yaradır

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində yaxın zamanlarda müəyyən islahatların aparılması nəzərdə tutulur.



Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Ə.Qarayevin sözlərinə görə, nazirliyin daxilində tarixi abidələrlə bağlı xüsusi qurumun yaradılması planlaşdırılır: "Bununla yanaşı, nazirlikdə informasiya şöbəsinin də yaradılması nəzərdə tutulur. Bu gün biz öz işlərimizi təbliğ edə bilmirik. Bu işdə KİV nümayəndələri də iştirak etməlidirlər".