Gəncədə 5 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib. Gəncədə 5 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib.

Polis zəncirvari qəzaya səbəb oldu - 2 yaralı (Yeniləndi)

Gəncədə 5 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib.


AzNews.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhəri Şah İsmayıl Xətai prospektində 5 avtomobilin toqquşması ilə nəticələnən hadisə baş verib.

Şəhər sakini 43 yaşlı Əzimxan Tahirov idarə etdiyi Opel Astra markalı avtomobillə hərəkətdə olarkən onu ötüb keçmək istəyən Chevrolet Niva markalı avtomobillə toqquşub.

Daha sonra Chevrolet Niva markalı avtomobil yolun kənarında dəyanan 3 müxtəlif maşına dəyib. Qeyd edək ki, Chevrolet Niva markalı avtomobilin sürücüsü Kəlbəcər rayon polis bölməsinin əməkdaşıdır.

Avtomobillərə xeyli ziyan dəyib iki nəfər xəsarət alıb. Qəzanın dəqiq səbəbləri araşdırılır.

***
22:15

Gəncədə zəncirvari qəza baş verib.

AzNews.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhəri Şah İsmayıl Xətai prospektində 5 avtomobilin toqquşması ilə nəticələnən hadisə baş verib.

Qəzadan sonra avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alanlarin sayı və kimliyi bilinmir. Sözü gedən prospektdə maşınların hərəkəti mahdudlaşdrılıb.

Hazırda polis həmin ərazidə gücləndirilmiş şəkildə işə başlayıb. Faktla bağlı araşdırma aparılır.