Yol boyu olan magazalarda icməli su tapılmır Yol boyu olan magazalarda icməli su tapılmır

Bakıda şok tıxac hələ davam edir

Yol boyu olan magazalarda icməli su tapılmır



Azərbaycanda keçirilən "Formula 1" şou-proqramı paytaxt Bakının nəqliyyat sistemini iflic etdi. Bu gün günorta saatlarından başlayan tıxaclar hələ də davam edir. Axşam saatlarından başlayaraq isə paytaxtın bütün giriş-çıxışlarında dəhşətli tıxaclar başlayıb. Saat 18-19-da işdən çıxan şəxslər hələ də evlərinə çata bilməyiblər.

Hazırda isə "20 Yanvar" metrostansiyasından Sumqayıt və Şamaxı yolu istiqamətində böyük tıxac yaranıb. Tıxacın uzunluğu kilometrlərə çatır. Təkcə həmin istiqamətdə onminlərlə avtomobil tıxacda qalıb.

Yaranmış tıxaclara görə həmin istiqamətdə xeyli qəzalar da baş verib."Formula 1"in hələ bir neçə gün davam edəcəyini nəzərə alsaq, tıxacların sabah və birisi gün də olacağını söyləmək olar. Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, tixac hələ də davam edir, insanlar piyada hərəkət edir. Əməkdaşımız qeyd edir ki, yol boyu olan magazalarda icməli su tapılmır.

AzNews.az