Ötən gecə saat 1:00 radələrindən başlayaraq əsən güclü külək İsmayıllı rayonunda ciddi fəsadlara səbəb olub. Ötən gecə saat 1:00 radələrindən başlayaraq əsən güclü külək İsmayıllı rayonunda ciddi fəsadlara səbəb olub.

Güclü külək İsmayıllıda fəsadlar törətdi

Ötən gecə saat 1:00 radələrindən başlayaraq əsən güclü külək İsmayıllı rayonunda ciddi fəsadlara səbəb olub.


Məlumata görə, 4 saatdan çox əsən güclü küləyin təsiri nəticəsində İsmayıllı şəhərlərinin bəzi yerlərində və kəndlərdə elektrik enerjisinin verilişi dayanıb.

Güclü külək bir neçə ağacı, elektrik və rabitə dirəyini aşırıb, naqillər qırılaraq sıradan çıxıb. Dağ kəndlərində leysan yağışı və külək meyvə-və tərəvəz məhsullarına da ziyan vurub. Ağaclardakı meyvələr zədələnərək yerə tökülüb, evlərin zirzəmisini su və lil basıb. Yıxılan ağaclar yolların kəsilməsinə və nəqliyyatın hərəkətinin bir müddət məhdudlaşmasına səbəb olub.

Gecə saatlarında bir neçə yerdə iri gövdəli ağaclar tövlələrin, yardımçı tikililərin, sahibkarlıq obyektlərinin üzərinə düşüb. Qasırğa şəklini alan külək səhər saat 4-dək davam edib.

Hazırda rayonda elektrik və rabitə xətlərinin bərpası üçün tədbirlər görülür, evlərin üstünə və küçələrə yıxılan ağaclar kəsilərək ərazidən götürülür. Hazırda rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri küləyin təsiri nəticəsində ziyan çəkən vətəndaşların müraciətlərini qəbul edir, evlərə, obyektlərə baxış keçirilir.

APA.az