- Köhnə - Hadisə
- 18 Noyabr 2015 10:44
- 4 184
Təmas xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 19-da Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Piter Svedberq və yüksək səviyyəli planlama qrupunun nümayəndəsi polkovnik-leytenant Den Harvey keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və yüksək səviyyəli planlama qrupunun nümayəndəsi polkovnik Andrey Baraşkin keçirəcəklər.