Boks üzrə gənclər arasında İndoneziya çempionatı faciə ilə yekunlaşıb. Apasport.az saytının məlumatına görə, yarışda huşunu itirərək, yerə yıxılan Tubaqus Sakti 1 gün sonra xəstəxanada dünyasını dəyişib. Boks üzrə gənclər arasında İndoneziya çempionatı faciə ilə yekunlaşıb. Apasport.az saytının məlumatına görə, yarışda huşunu itirərək, yerə yıxılan Tubaqus Sakti 1 gün sonra xəstəxanada dünyasını dəyişib.

Boks çempionatında ölüm- VİDEO

Boks üzrə gənclər arasında İndoneziya çempionatı faciə ilə yekunlaşıb. Apasport.az saytının məlumatına görə, yarışda huşunu itirərək, yerə yıxılan Tubaqus Sakti 1 gün sonra xəstəxanada dünyasını dəyişib.




Belə ki, 17 yaşlı idmançı İçal Tobidoyla keçirdiyi görüşün 8-ci raundunda aldığı ardıcıl zərbələrdən sonra müvazinətini itirib. Ardınca ona rinqdə kömək göstərilsə də, heç bir nəticə verməyib və Sakti dərhal xəstəxanaya çatdırılıb. Lakin onun həyatını burada da xilas etmək mümkün olmayıb. Həkimlərin bildirdiyinə görə, gənc boksçu beyninə qan sızdığı üçün vəfat edib.

Qeyd edək ki, 2011-ci ilin aprelindən ölənə kimi Sakti 7-ci döyüşə çıxıb. O bunadək 2 qələbə qazanıb, 2 dəfə heç-heçə və eyni sayda məğlub olub.

İndoneziyada boksda ölüm isə ilk deyil. Belə ki, ötən ilin noyabrında Okson Palue (52 kq) də qəribə şəkildə vəfat edib. Bu hadisə həmyerlisi Cerri Dio Toysuta ilə görüşdən 5 gün sonra baş verib.



AzNews.az