Oktyabr ayı süd vəzisi xərçəngiylə mübarizə ayı elan edildiyindən, Formula 1 yarış seriyasının yeni sahibləri olan Liberty Media "Race for the Cure" (Sağalmaq üçün yarış) aksiyasına qoşulmaq qərarına gəlib. Oktyabr ayı süd vəzisi xərçəngiylə mübarizə ayı elan edildiyindən, Formula 1 yarış seriyasının yeni sahibləri olan Liberty Media "Race for the Cure" (Sağalmaq üçün yarış) aksiyasına qoşulmaq qərarına gəlib.

Formula 1 çəhrayı rəngə boyandı - Səbəb (Fotolar)

Oktyabr ayı süd vəzisi xərçəngiylə mübarizə ayı elan edildiyindən, Formula 1 yarış seriyasının yeni sahibləri olan Liberty Media "Race for the Cure" (Sağalmaq üçün yarış) aksiyasına qoşulmaq qərarına gəlib.

AzNews.az xəbər verir ki, belə ki, onlar Syuzen Komen xeyriyyə fondu ilə əməkdaşlıq edərək, bu xəstəliyin qarşısının alınması üçün həm informasiya, həm də maliyyə dəstəyi ediblər.

Formula 1-də bilet və müxtəlif rəsmi atributların satışından qazanılan gəlirin müəyyən bir hissəsi fondun hesabına köçürüləcək. Elə bu səbəbdən də, Formula 1 çəhrayı rəngə boyanıb.

Bu həftəsonu keçirilən ABŞ Qran Prisində Ostin yarış trekində distansiyanın sərhədləri qırmızı zolaqdan, çəhrayı zolağa dəyişdirilib.

Pilotlar yarış həftəsində çəhrayı rəngli kepkalar taxmağa başlayıb.

Bənövşəyi rəngli ultrasoft Pirelli təkərləri də bu dəfə çəhrayı rəngdədi.

Televiziya kanalları da Formula 1-in bu aksiyasına qoşulub.

Komandaların bolidlərinə fondun loqotipi vurulub.

Renault komandasının sevimli aero pişikləri də bu dəfə çəhrayı rəngdədi.

Akkreditasiya üçün nəzərdə tutulmuş badgelər də çəhrayı rəngdədi.

Yarış seriyasının əməliyyat direktoru Bratçes Şon bildirib ki, sosial proqramların cəmiyyətə Formual 1 vasitəsilə inteqrasiyası davam etdiriləcək:

"Bu yalnız başlanğıcdı. Bizim bütün dünyada çoxsaylı azarkeşlərimiz var. Bu sonsuz imkanları boş yerə xərcləməyəcəyik."

Fəridə Abdullayeva

AzNews.az