Bir neçə dəqiqə sonra Formula 1 Azərbaycan Qran Prisi uğrunda mübarizə başlayacaq. Bir neçə dəqiqə sonra Formula 1 Azərbaycan Qran Prisi uğrunda mübarizə başlayacaq.

Böyük yarışa dəqiqələr qalmış paddockda ulduz yağışı - Fotolar

Bir neçə dəqiqə sonra Formula 1 Azərbaycan Qran Prisi uğrunda mübarizə başlayacaq.

Yarışa az bir vaxt qalmış komandaların pilotları son hazırlıqlarını edirlər. Pilotlar otaqlarından çıxıb komandaların bokslarına yollanıblar.

AzNews.az paddockdan olan maraqlı görüntüləri sizə təqdim edir:

Ardıcıl üçüncü poulunu qazanan Ferrari pilotu Sebastyan Fettel yarış boyu qalib olmaq şansını əldən verməməyə çalışacaq.

Starta ikinci yerdən başlayacaq son Dünya çempionu Lyuis Hamilton 51 dövrə boyunca rəqibi Fetteli keçməyə çalışacaq.

Bu mövsüm Liberty Media griq qızları grid uşaqlarla əvəz edib. Startda pilotların bolidinin yanında dayanacaq azərbaycanlı uşaqlar...

Ötən il Bakıda qalib olan Red Bull pilotu bu dəfə də həmin uğurunu təkrarlaya biləcəkmi?

Bəs Danielin dəlisov komanda yoldaşı, sessiyalarda qəzaya uğrayan Maks Ferstappen Bakıda ilk dəfə podiuma yüksələ biləcəkmi?

Ötən gün Christal Hall-da möhtəşəm performans sərgiləyən dünya ulduzu Kristina Agilera da yarışı izləyənlər arasında olacaq.

Bu gün Azərbaycan Dövlət Himnini səsləndirəcək məşhur pianoçu İsfar Sarabski və geyimi ilə küləyə qalib gəlməyə çalışan Samirə Əfəndiyeva...

Yarış zamanı istifadə olunacaq Pirelli təkərləri