- Köhnə - İdman
- 20 Sentyabr 2018 14:51
- 5 582
“Qardaşımı məhv etmək istəyirlər” - Ronaldonun bacısı
İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldonun bacısı Katya Aveyru Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Valensiya” ilə səfər matçında qardaşının qırmızı vərəqə almasına münasibət bildirib.
AzNews.az xəbər verir ki, bununla bağlı o, özünün "İnstaqram" hesabında yazıb: "Bu, futbol üçün biabırçılıqdır. Ədalət bərpa olunacaq. Qardaşımı məhv etmək istəyirlər. Ancaq Allah bunları görür".
Qeyd edək ki, K.Ronaldo 29-cu dəqiqədə birbaşa qırmızı vərəqə alıb.(Qol.az)
AzNews.az