Cüdoçumuz Elxan Məmmədov dünya çempionu olub

Braziliyanın Rio de Janeyro şəhərində cüdo üzrə dünya çempionatı davam edir.

AzNews.az- ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, yarışların altıncı günü Azərbaycan yığması daha bir medala sahib olub.

Belə ki, milli komandamızın heyətində Orxan Səfərovun (60 kq) "bürünc" qazanmasından sonra Elxan Məmmədov da fəxri kürsüyə yüksəlməyi bacarıb.

100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ardıcıllıqla Dominik Dyuqassen (Seyşel), Or Sasson (İsrail), David Alarza (İspaniya) və Takaşi Onoya (Yaponiya) qalib gələrək, finala yüksəlib.

Qızıl medal uğrunda görüşdə isə həmyerlimiz hollandiyalı Henk Qrola qalib gələrək, dünya çempionu olub.

AzNews.az