- Köhnə - İdman
- 2 Sentyabr 2013 11:55
- 4 467
İsrail – Azərbaycan oyununun hakimi müəyyənləşib

Apasport.az saytının məlumatına görə, Ramat-Qan şəhərində baş tutacaq görüşü isveçli hakimlər briqadası idarə edəcək. Görüşün referisi Stefan Yohannesson olacaq.
Stokholmda anadan olan 42 yaşlı referi 2003-cü ildə beynəlxalq dərəcəli hakimdir. Nəqliyyat sahəsində çalışır. Avropa Liqası, hətta Çempionlar Liqasının qrup oyunlarına təyinat alan isveçli vaxtilə UEFA-nın elit kateqoriyasına daxil olub. Lakin sonradan onun kateqoriyası aşağı salınıb. Hazırda Yohanesson 1-ci kateqoriyaya daxildir.
İndiyədək heç vaxt yığmalarımızın oyununa təyinat almayan isveçli 2009-cu il avqustun 5-də Çempionlar Liqasının III təsnifat mərhələsində "Bakı"nın Bolqarıstanda "Levski"yə uduzduğu matçda hakimlik edib.
AzNews.az