MOİK-in prezidenti: “Bakı bu oyunlara hazırdır“

Rusiya MOK-nın prezidenti Aleksandr Jukov Avropa olimpiya komitələrinin Romada keçirilən 42-ci Baş Assambleyasının yekunlarını şərh edərkən 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarının təqdimatından da danışıb. Aleksandr Jukov bildirib ki, "Assambleyada çox maraqlı təqdimatlar, o cümlədən 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarının təqdimatı olub. Azərbaycan paytaxtı artıq bu oyunlara hazırdır: yeni stadionlar tikilib və belə güman etmək olar ki, I Avropa oyunları müvəffəqiyyətlə keçəcək. Hələlik proqramda idmanın bütün növləri əks olunmayıb, lakin biz orada olimpiya proqramına daxil olmayan idman növlərini – çimərlik futbolu, karate və başqa idman növlərini görəcəyik".

AzNews.az