- Köhnə - İdman
- 6 Sentyabr 2012 15:51
- 3 435
2015 Şahmat Olimpiadasının Bakıda keçirilməsi gözlənilir
Gənclər və İdman Nazirliyindən AzNews.az-a bildirilib ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti K.İlyumjinovun Azərbaycana səfəri zamanı Azərbaycanda 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarısının və 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi barədə ilkin razılığa gəlinib.
Məhz, 7-9 sentyabr 2012-ci il tarixdə İstanbul şəhərində keçiriləcək Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyasında həmin tədbirlərin ölkəmizdə keçirilməsi ilə əlaqədar təqdimatın edilməsi və çıxış nəzərdə tutulub.
Bahadur Eyuboğlu
AzNews.az