İsraillə heç-heçə Azərbaycan yığmasına yüksək mükafat qazandıracaq - Eksklüziv

Futbol üzrə Azərbaycan milli yığma komandasının 2014-cü il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsrail komandası ilə heç-heçə (1:1) oynaması AFFA rəhbərliyini razı salıb.

Belə ki, oyundan sonra qurumun rəhbəri Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, habelə baş katib Elxan Məmmədov millimizin soyunub-geyinmə otağına gəlib və komandanı təbrik ediblər.

Görüşün sonunda rəhbərlik bu oyuna görə futbolçulara və məşqçilərə müəyyən mükafat verəcəyi də məlum olub. Konkret rəqəmlər söylənməsə də, AzNews.az saytına etibarlı mənbələrdən verilən məlumata görə, hələ oyundan öncə qələbəyə görə 40 min, heç-heçəyə görə isə hər futbolçuya 20 min manat vəd edilmişdi.

Emin Abbasov
AzNews.az