Çin yığma komandası Uruqvay millisini məğlub etdi - 4:0

Sentyabrın 23-də Bakıdakı "Dalğa Arena"da "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012" çərçivəsində D qrupunda Uruqvay-Çin qarşılaşması başa çatıb. Şotlandiyalı baş hakim Morag Pirie, köməkçiləri Nicolet Bakker və Judit Romanonun idarə etdikləri oyun bu gün D qrupunda 2-ci qarşılaşma olub.

Qarşılaşmada Uruqvay millisinin heyətində Gabriela Gonzales , Nicole Arambulo , Carina Felipe, Yamila Del Puerto, Keisy Silveria, Maria Gonzales, Pamela Gonzales, Carolina Birizamberr, Yamila Badell, Romina Soravilla, Alaides Bonilla və Çin yığma komandasının heyətində isə Lu Feifei, Jiang Tingting, Vang Xi, Song Yuqing, Lei Jiahui, Zhang Chen, Song Duan, Zhang Zhu, Li Mengven, Tang Jiali, Lu Yueyun əsas oyunçu qismində yer alıb.

Matç Çin futbolçularının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Çin yığmasının heyətində Tang Jiali, Lu Yueyun Zhang Chen fərqlənmişlər. Zhang Chen dubl edib.

Hər iki komanda üçün növbəti oyun sentyabrın 26-da Bakıdakı Bayıl stadioununda keçiriləcək. Uruqvay yığması Qana, Çin millisi isə Almaniya komandaları ilə qarşılaşacaq.

AzNews.az