Qovulmasına rəğmən sevindi

"Fənərbaxça"dan qalmaqallı şəkildə ayrılan Alesk de Souza "Fərərbaxça"nın 4-2 hesabi ilə qələbə qazandığı Barussiya (Münxenqladbax) oyununun birinci yarısında və oyunun sonunda gördüklərini i dilə gətirib.

Aznews.az xəbər verir ki, Aleks "Tviter" hesabından, oyunun birinci yarısında "Kristian və Meireleş, çox yaxşı qollar idi. Barussiya 1:2 Fənərbaxça. Davam edin dostlar"- kəlmələrini paylaşıb.

Oyunun sonunda Aleks sevincini yenə gizlətməyib və yenidən "Tviter" vasitəsi ilə keçmiş komanda yoldaşlarını təbrik edib: "Çox yaxşı qalibiyyət idi. Təbriklər dostlar".
Qeyd edək ki, "Fənərbaxça" ötən günlərdə Aleks ilə müqaviləni qarşılıqlı olaraq ləğv etmişdi.

Elman Bakuvi
AzNews.az