- Köhnə - İdman
- 21 İyul 2015 21:19
- 2 617
Premyer Liqanın növbəti mövsümünün püşkü atıldı - Fotolar

İlk turda “Qəbələ” “Qarabağ” ilə qarşılaşacaq.
İyulun 21-də futbol üzrə Premyer Liqanın 2015/2016-cı il mövsümünün püşkatma mərasimi keçirilib.
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Premyer Liqada iştirak edəcək klubların nümayəndələri və jurnalistlər iştirak ediblər.
Avqustun 8-də və 9-da keçiriləcək I turun oyunları, püşkün nəticəsinə əsasən, aşağıdakı kimi müəyyənləşib:
"Qəbələ" - "Qarabağ"
"Zirə" - AZAL
"Neftçi" - "Kəpəz"
"Xəzər Lənkəran" - "İnter"
"Rəvan" - "Sumqayıt"





