- İşin içi
- 28 Avqust 2019 10:03
- 4 220
Səhiyyə Nazirliyi İsmayıllı rayonunda 33 nəfərin zəhərlənməsindən danışdı - "4 nəfər..."

Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir
Səhiyyə Nazirliyi İsmayıllı rayonunda toy mərasimində 33 nəfərin zəhərlənməsinə aydınlıq gətirib.
AzNews.az xəbər verir ki, toy günü İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 33 nəfər müraciət edib:
“Səhər saat 9:30 üçün xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir. Qidadan zəhərlənmə etimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, özlərini İsmayıllının Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər”.
Qeyd edək ki, İsmayıllı rayonunda kütləvi zəhərlənmə baş verib. Qəzli kəndində keçirilən kiçik toy məclisində 33 nəfər zəhərlənib.
Bahar RÜSTƏMLİ
AzNews.az