- Ermənistan və Gürcüstan
- 19:05
- 965
Arxiyepiskop Mikael Ajapakhyan Ermənistan İstintaq Komitəsinə gedib

Arxiyepiskop Mikael Ajapakhyan və vəkilləri Eçmiədzindən İstintaq Komitəsinə gediblər.
Aznews.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Onun İstintaq Komitəsinə getməsi canlı yayımlanıb.
Bəzi keşişlər də arxiyepiskop Mikael Ajapakhyanla birlikdə komitəyə gediblər.
Xatırladaq ki, arxiyepiskop Mikael Ajapakhyana qarşı cinayət işi açılıb.
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında arxiyepiskop Mikael Ajapakhyanı hüquq-mühafizə orqanlarından gizlənməməyə çağırıb.
Ermənistan İstintaq Komitəsi Milli Təhlükəsizlik Xidmətinin arxiyepiskop Mikael Ajapakhyan saxlamasına mane olan vətəndaşlara qarşı cinayət işi açıb.
Komitədən bildirilib ki, bu şəxslərin əməlləri ədalət mühakiməsinə maneçilik kimi qiymətləndirilir.