"Bu “Dostluq” regionun geoiqtisadi vəziyyətinə təsir edəcək" - Politoloq

Yataqdakı enerji resurslarını Azərbaycan vasitəsi ilə Avropaya nəql olunmasının şahidi olacağıq

“Bu memorandum tarixi əhəmiyyətli hadisədir. Uzun illər idi ki, Azərbaycanın Kəpəz Türkmənistanın Sərdar adlandırdığı bu yataq Xəzər dənizində iki ölkə arasında sərhəddə yerləşirdi və mübahisəli məsələ idi. Biz 1990-cı ilin ortalarında başlayaraq iki ölkə arasında, elə məsələn, Kəpəz yatağı ilə bağlı olaraq fikir ayrılıqlarını ciddi şəkildə olduğunun şahidi idik”.

Bu sözləri AzNews.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanmasına münasibət bildirən zaman deyib.

Politoloqun sözlərinə görə, 2020-ci illərdən başlayaraq vəziyyət dəyişdi və Azərbaycan Türkmənistan arasında biz münasibətlərdə qarşılıqlı səfərlərin intensiv xarakter almasını gördük:

“Söhbət təbii ki, hakiyyətə Qurbanqulu Berdi Məhəmmədovun gəlməsindən sonra iki ölkə lideri arasında aparılan ardıcıl danışıqlardan gedir. Bu danışıqların nəticəsini biz bu gün Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində birgə əməkdaşlıq haqqında memorandumun imzalanması ilə görmüş olduq. Təbii ki, bu həm də təkcə Azərbaycan və Türkmənistan yox ümumilikdə regionun geoiqtisadi vəziyyətinə təsir edəcək. Bu regionda yeni geoiqtisadi strategiyanın və hədəflərin əsasını qoyan hüquqi sənəddir ki, yaxın vaxtlarda artıq xarici investitorların da bu yatağa cəlb edilərək, yataqdakı enerji resurslarını Azərbaycan vasitəsi ilə Avropaya nəql olunmasının şahidi olacağıq".

Zaur Məmmədov xatırlatma edib ki, son zamanlar TAP və TANAP layihələri ən böyük layihələr kimi Azərbaycan tərəfindən reallaşılmışdır:

"Burada xüsusilə, prezident İlham Əliyevin prinsipial şəkildə yürütdüyü siyasətə nəzər yetirə bilərik. Çünki vaxtı ilə Nabukko layihəsi Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəql edilməsi kimi məsələlər reallaşmamışdı. Bunun reallaşmamısının əsas məsələsi xarici manelər və Avropanın bəzi liderlərinin prinsipial mövqe nümayiş etdirməmələri ilə bağlı idi. Bütün bunların qarşılığı nəticəsində prezident İlham Əliyev tərəfindən Cənub qaz Xəzərdə yeni satışa iqtisadi hədəflər qoyuldu. Bunun da nəticəsində biz bu gün artıq Azərbaycan qazının İtalyaya qədər çatdığının şahidi oluruq. Elə bu günlərdə TAP layihəsinin reallaşması, bundan əvvəl TANAP layihəsinin reallaşması da buna bir misaldır. Artıq bu yeni layihədir. Xatırladaq ki, prezident bir müddət bundan əvvəl Azərbaycanın neft-qaz hasilatının ölkəmizin enerji potensialını daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağı müjdəsini vermişdi. Görünən odur ki, bu yeniliklərdə biri də Azərbaycan və Türkmənistan arasında imzalanmış memorandumdur. Bu memorandum nəticəsində elə burada xüsusi təcrübəyə malik olan Azərbaycan tərəfinin yataqdan enerji resurslarını çıxarıb Avropaya göndərilməsinin şahidi olacağıq. Yaxın vaxtlarda yəqin bununla bağlı da biz çox böyük layihənin imzalanmasını görəcəyik. Hər bir halda bu tarixi əhəmiyyətli hadisədir və sənəd Azərbaycanın mövqeyini həm nəqliyyat, həm tranzisyor mövqeyini, həm də geoiqtisadi mövqeyini gücləndirmiş olur. Bir də onu sübut edir ki, rəsmi Bakı apardığı ardıcıl düşünülmüş satıcı hədəfləri, istiqamətləri nəticəsində regionda yeni Azərbaycanın başçılığı altında yeni geoiqtisadi hab qurmağı bacarmışdı.

Ümumilikdə biz Azərbaycan Türkmənistan istiqamətindəki münasibətlərə nəzər salsaq, son zamanlarda əgər Azərbaycan,Türkmənistan,Əfqanıstan arasında ticarət və nəqliyyat daşımalarının intersivləşməsinin, bu istiqamətdə kifayət qədər ciddi şəkildə anlaşmaların olunduğunu da görərik .Elə bu yaxınlarda Azərbaycanın Əfqanıstanda səfirliyin açılması ilə bağlı xəbərin yayılması da bunun göstəricisidir. Azərbaycanın həm Qərbi istiqamətində, həm də Xəzərin o tayında Türkmənistan, Əfqanistan, Pakistan və Özbəkistan istiqamətində çox böyük işlər aparılırmaqdadır.

Nəticə etibarı ilə biz həm Xəzərin qərb, həm də şərqindəki mühün layihələrin, həm imensat, həm də iştirakçı rolu olunduğunu oynamaqdayıq ki, bütün bunların əsas səbəbi prezident İlham Əliyevin apardığı düşünülmüş iqtisadi hədəflərlə bağlıdır. Təbii ki, Azərbaycan liderinin kifayət qədər ciddi, diplomatik məharətə malik olması bizim bir çox ölkələrlə münasibətlərimizin inkişafına gətirib çıxardan səbəb oldu”.

Səidə

AzNews.az