Azərbaycan-Özbəkistan birgə investisiya şirkətinin Bakıda ofisi açılacaq

Azərbaycan–Özbəkistan birgə investisiya şirkətinin Bakıda ofisi açılacaq.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Özbəkistan Regionlararası Forumunda bildirib.

Onun sözlərinə görə, hazırda şirkətin Daşkənddə ofisi yerləşir, yaxın vaxtlarda Bakıda da ofis fəaliyyətə başlayacaq.

"Özbəkistan Azərbaycan investorları üçün əsas tərəfdaşlardan biridir və eyni zamanda, biz özbək biznesinin bizim bazara böyük marağının şahidi oluruq. Bu istiqamətdə 500 milyon ABŞ dolları nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya şirkətin fəaliyyəti mühüm rol oynayır, yarandığı gündən iqtisadiyyatın real sektorunda layihələrin həyata keçirilməsində fəal iştirak edir", - deyə nazir qeyd edib.