- Dünyanın halı
- 19 İyun 21:35
- 1 453
Putin Cənubi Afrikada keçiriləcək G20 sammitinə dəvət alıb

Rusiya prezidenti Vladimir Putin Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək G20 sammitinə dəvət alıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin G20 və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) üzrə xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF-2025) çərçivəsində məlumat verib.
"Keçən həftə biz rəsmi dəvət aldıq. Bu, dövlət başçısının - Cənubi Afrika prezidentinin həmkarlarına müraciətidir. Təbii ki, bu məsələ ilə bağlı qərarı birbaşa Rusiya dövlətinin başçısı verəcək", - o, RİA Novosti ilə söhbətində deyib.
Onun sözlərinə görə, müraciət dairəvi xarakter daşıyır və mövcud G20 proseduruna uyğundur.
Mövsüm
Aznews.az