Oktay Kaynarca həbs olundu: irəli sürülən ittihamlar üz qızardır

Türkiyədə narkotik maddələrlə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində tanınmış şəxslərə qarşı əməliyyatlar davam edir. İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu, eləcə də Neda Şahin, Ali Sert, Rabi Karataş və Selen Çetinkaya daxil olmaqla 6 nəfər saxlanılıb.

Prokurorluğun yaydığı rəsmi məlumata görə, saxlanılan şəxslər “istifadə məqsədilə narkotik və ya psixotrop maddə saxlamaq”, “narkotik istifadəsini asanlaşdırmaq”, “fahişəliyə təşviq etmək, bu məqsədlə vasitəçilik etmək və ya yer təmin etmək”, həmçinin “qumar oynanması üçün şərait yaratmaq” kimi ittihamlarla şübhəli bilinir.

Baş Prokurorluğun açıqlaması

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən yayımlanan açıqlamada bildirilir:

“Baş Prokurorluğumuzun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən ünlü şəxslərə yönəlik aparılan narkotik istintaqı çərçivəsində Oktay Kaynarca, Emel Müftüoğlu, Neda Şahin, Ali Sert, Rabi Karataş və Selen Çetinkaya barəsində istifadə məqsədilə narkotik və ya psixotrop maddə saxlamaq, narkotik istifadəsini asanlaşdırmaq, bir şəxsi fahişəliyə təşviq etmək, bu fəaliyyətə vasitəçilik etmək və ya yer təmin etmək, eləcə də qumar üçün şərait yaratmaq cinayətlərindən birini və ya bir neçəsini törətmək ehtimalı ilə saxlanılma tədbiri həyata keçirilmişdir. İstintaq diqqətlə davam etdirilir.”

İstintaq 2025-ci ilin oktyabrından davam edir

Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğunun tanınmış şəxslərlə bağlı narkotik istintaqı 8 oktyabr 2025-ci ildən etibarən aparılır. Bu müddət ərzində bir çox musiqiçi, menecer, iş adamı və ictimaiyyətə tanış olan şəxslər ifadə verib, həmçinin narkotik istifadəsinin müəyyənləşdirilməsi məqsədilə qan və saç nümunələri təqdim ediblər.

Bəzi məşhurların test nəticələri açıqlanıb

İstintaq çərçivəsində saxlanıldıqdan sonra qan və saç nümunələri götürülərək sərbəst buraxılan şəxslərdən Şeyma Subaşı və Aleyna Tilki-nin test nəticələrinin müsbət olduğu bildirilir.

Aktyor İrem Sak, sosial media fenomeni Danla Bilic (Neslihan Damla Aktepe), Eser Gökhan Küçükerol, Saim Macit və Mehmet Güçlü-nün test nəticələri isə mənfi çıxıb.

Hazırda istintaq çərçivəsində şübhəlilərə qarşı “istifadə məqsədilə narkotik maddə saxlamaq”, “narkotik istifadəsini asanlaşdırmaq”, “yer təmin etmək”, “fahişəliyə təşviq”, “fahişəliyə vasitəçilik” və “fahişəlik üçün yer təmin etmək” kimi ağır ittihamlar irəli sürülür.

İstintaq prosesi davam edir.

AzNews.az