Qətər Əmiri Prezident İlham Əliyevi təbrik edib

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlanıb.

Aznews.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Dost ölkənizin Müstəqillik Günü münasibətilə Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı, xoş arzularla dolu təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, qardaş ölkənizə davamlı tərəqqi və firavanlıq, eyni zamanda, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etməsini və möhkəmlənməsini arzu edirəm".

Həmçinin Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tani də Azərbaycan liderinə təbrik məktubu ünvanlayıb: "Zati-aliləri cənab Prezident.

Dost Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirəm".