- Göz önü
- 16 Yanvar 17:34
- 17 845
Prezident jurnalisti "Şöhrət" ordeni ilə təltif etdi
Prezident İlham Əliyev jurnalist Nadejda İsmayılovanı təltif edib.
Bu barədə imzalanan sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilsin".
AzNews.az
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 yanvar 2026-ci il.