Tramp Rza Pəhləvi ilə bağlı şübhələrini açıqladı - SON DƏQİQƏ

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran müxalifətinin tanınmış simalarından olan Rza Pəhləvi ona “çox xoş təsir bağışlayır”, lakin onun İran daxilində yetərli dəstək toplayaraq hakimiyyəti ələ ala biləcəyinə əmin deyil.

AzNews.az xəbər verir ki, Reuters agentliyinə Oval kabinetdə verdiyi eksklüziv müsahibədə Tramp qeyd edib ki, İranda ruhani rejiminin çökməsi ehtimalı mövcuddur.

Bununla yanaşı, ABŞ prezidenti Ukrayna müharibəsi ilə bağlı Rusiya ilə danışıqlarda yaranmış dalanı Ukrayna Prezidenti Volodimir Zelenskinin üzərinə atıb.

Tramp həmçinin Respublikaçıların ABŞ Ədliyyə Nazirliyinin Federal Ehtiyat Sisteminin sədri Cerom Pauellə bağlı apardığı araşdırmaya yönəlik tənqidlərini rədd edib.

ABŞ prezidentinin bu açıqlamaları həm İranla bağlı mümkün ssenarilər, həm də Ukrayna müharibəsi kontekstində Vaşinqtonun mövqeyinin daha da sərtləşdiyini göstərir.

AzNews.az