- Hadisə
- 13:29
- 852
Latviyada "Bakı" adlı yeni çiçək yaradıldı
Latviyada tanınmış "dahlia" çiçəyi yetişdiricisi və kolleksiyaçısı Rita Qrin Azərbaycanın paytaxtının adını daşıyan yeni "Bakı" sortunu yetişdirib.
Aznews.az xəbər verir ki, bu barədə Latviyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, yeni sort Latviya ilə Azərbaycan arasında 1994-cü il yanvarın 11-də qurulmuş diplomatik münasibətlərin şərəfinə, eləcə də iki ölkə arasında mədəniyyət və incəsənət sahələrindəki uğurlu əməkdaşlığın rəmzi olaraq bu adı alıb.
"Bakı" "dahlia"sının ləçəklərinin üst hissəsi tünd sarı, alt hissəsi isə bənövşəyi rəngdədir. Sortu kəsilmiş çiçək kimi istifadəyə əlverişlidir.