- Dünyanın halı
- 19:25
- 1 439
Makron və Əl Şaraa Suriyadakı gərginliyin artmasını müzakirə ediblər
Fransa Prezidenti Emmanuel Makron suriyalı həmkarı Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.
Aznews.az xəbər verir ki, Makron bu barədə "X"də yazıb.
"Bu gün səhər Suriyanın Prezidenti ilə danışdım. Ona Suriyada gərginliyin artması və ölkə hakimiyyəti tərəfindən həyata keçirilən hücumların davam etməsi ilə bağlı narahatlığımızı bildirdim.
Daimi atəşkəsin təmin olunması vacibdir və ötən ilin martında əldə olunmuş razılaşmalar əsasında "Suriya Demokratik Qüvvələri"nin (SDQ) dövlətə inteqrasiyası barədə sazişə nail olunmalıdır. Söhbət Suriyanın birliyi və sabitliyindən gedir", – Fransa lideri vurğulayıb.