Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 25 aprel tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 25 aprel tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.

Hərracların vaxtı açıqlandı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 25 aprel tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.

Komitədən AzNews.az-a daxil olan xəbərə görə, bu hərraca ümumilikdə 20 səhmdar cəmiyyəti çıxarılıb. Özəlləşməyə çıxarılan bu müəssisələrin əksəriyyəti sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir. Hərraca çıxarılan müəssisələr sırasında Ağcəbədi Aqrotexservis, Astaraçay-3, Masazır Quşçuluq, Masallı Şıxlar Broyler, Neftçala Ət kimi iri dövlət əmlakları var.

Əmlak Məsələləri Dövlət Komitəsi 02 may tarixindəki növbəti hərracını da elan edib. Hərracda 167 dövlət əmlakı özəlləşdirməsi nəzərdə tutulur. Bunlardan 69-u kiçik dövlət müəssisə və obyekti, 98-i qeyri-yaşayış sahəsidir. Kiçik müəssisələrə investrolar sərmayə yatıraraq biznes məqsədləri üçün istifadə edə bilərlər. Hətta bəzi əmlaklara kiçik məbləğdə vəsait qoymaqla böyük qazanc əldə etmək mümkündür. Qeyd edək ki, hərraca çıxarılan 37 dövlət əmlakı icarəçilərə təklif olunmuş və qanunvericilikdə müəyyən olunmuş müddətdə dəyəri ödənilməyən daşınmaz dövlət əmlakları və onların yerləşdiyi torpaq sahələridir.