Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı 2004-cü ildən başlayaraq həyata keçirilir. Keçən bu müddət ərzində regionlarda xeyli işlər görülüb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı 2004-cü ildən başlayaraq həyata keçirilir. Keçən bu müddət ərzində regionlarda xeyli işlər görülüb.

“Regionların sosial-iqtisadi inkişafı daha da güclənəcək” - İqtisadçı deputat

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı 2004-cü ildən başlayaraq həyata keçirilir. Keçən bu müddət ərzində regionlarda xeyli işlər görülüb.

Bu sözləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Tahir Mirkişili dedi. O, dünən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirləri şərh etdi. Bildirdi ki, infrastrukturu tamamilə yenilənən regionlarda iqtisadi strukturun çalışması və xarici investorların cəlb olunması üçün demək olar ki, əsas şərait yaradılıb:

"Regionlarda ümumi məhsul buraxılışı son 14 il ərzində 3.6 dəfə artıb, qeyri-neft sənayesində regionların payı 40%-i keçib. Hazırda qarşıda duran əsas məqsədlərdən biri iqtisadi fəaliyyətin aktivliyini artırmaq, regionlara xarici investorların cəlb olunması, turizmin inkişafı, sənaye və kənd təsərrüfatı sahəsində istehsal və ixracın artırılmasıdır. Bu istiqamətdə də ölkə başçısı İlham Əliyev konkret göstərişlərini verdi və bunun üçün yeni iqtisadi dəstək proqramlarının hazırlanacağını, yeni infrastruktur layihələrinin həyata keçirələcəyini bəyan etdi".

T.Mirkişili vurğuladı ki, ümumilikdə regionlarımızın iqtisadi potensialı böyükdür. Yeni layihələr reallaşdıqca regionların sosial-iqtisadi inkişafı daha da güclənəcək.

Elgün MƏNSİMOV
AzNews.az