Azərbaycan ilk beşliyə daxil oldu

Azərbaycan Gürcüstana iri investisiyalar yatıran ölkələr sırasında ilk beşliyə daxildir.

Bu siyahıda Azərbaycan hətta ABŞ geridə qoyub.

"APA-Economics"in Gürcüstan Statistika Mərkəzinin hesabatına əsasən verdiyi məlumata görə, 2013-cü ilin II rübündə bu ölkəyə ümumilikdə 232 mln. dollar həcmində xarici investisiya yatırılıb ki, bu da I rübə nisbətən 3%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 7% çoxdur.

Hesabat rübündə Azərbaycan Gürcüstana 22,1 mln. dollar investisiya yatırıb. Gürcüstana ən çox investisiya yatıran ölkə isə Lüksemburq (121,1 mln. dollar) olub.

Sonrakı yerləri Çin (79,4 mln. dollar), Hollandiya (65 mln. dollar), Türkiyə (38 mln. dollar), Azərbaycan (22,1 mln. dollar), ABŞ (19 mln. dollar), Qazaxıstan (13,6 mln. dollar), İsveçrə (9 mln. dollar) və Virciniya adaları (5,4 mln. dollar) tutub.

Qeyd edək ki, bu ilin II rübündə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların 66,3 mln. dolları energetika, 59,1 mln. dolları emal sənayesi, 46 mln. dolları nəqliyyat və rabitə, 38,6 mln. dolları tikinti, 13,1 mln. dolları isə maliyyə sektoruna yönəldilib.

AzNews.az