- Köhnə - İqtisadiyyat
- 24 Avqust 2012 16:18
- 3 799
Dövriyyəyə gümüş və qızıl sikkələr buraxıldı
Onun diametri 13, 92 mm, çəkisi 1,24 qramdır. İki qrivnalıq sikkə ən yüksək 999,9 əyarlı qızıldan kəsilib. AzNews.az yap.org.az saytına istinadən verdiyi məlumata görə, habelə Ukraynanın gerbi və Milli Bankın loqotipi onun üz tərəfində yerləşdirilib. Arxa tərəfində əməköməci şəkli, çiçəyin kiril və latın əlifbaları ilə yazılmış adı vardır. Kolleksiyaçılar qızıl 2 qrivnalıq sikkəyə nominalından xeyli çox pul verməli olacaqlar: sikkənin dəyəri 920 qrinvadır.
Çəkisi 500 qram olan gümüş sikkə Nikita Botanika bağının 200 illiyinə həsr olunub. Sikkənin üz tərəfində rəsmi məlumatdan başqa, çiçəklərdən və yarpaqlardan hörülmüş çələng çərçivəsində bağın yaradıcısı və ilk direktoru Xristian Stevenin portreti təsvir olunub.
Sikkənin diametri 85 mm, tirajı cəmi min ədəddir. Yarım kiloqramlıq gümüş sikkənin nominalı – 50 qrivna, dəyəri isə 6 min 766 qrivnadır. "Ukraynanın arxitektura abidələri" seriyası davam etdirilir. Üzərində Yelets müqəddəs Uspenski monastırının təsviri olan 5 və 10 qrivna nominallı sikkələr buraxılıb.
On qrivnalıq sikkə gümüşdür. Beş qrivnalıq sikkə neyzilberdən hazırlanıb ki, o da mis, nikel və sinkin qarışığıdır. Bu sikkəni 20 qrivnaya almaq olar. UMB Londonda XXX Olimpiya oyunlarına həsr olunmuş sikkələr seriyası hazırlanıb.
Onların nominalı 2 və 10 qrivnadır. Sikkələr müvafiq surətdə neyzilberdən və gümüşdəndir. Sikkələrin üz tərəfində Londonun panoramı və olpimpiya məşəli təsvir olunub. Arxa tərəfdə müxtəlif idman növləri nümayəndələrinin yarımdairə şəklində yerləşdirilmiş siluetləri və XXX Olimpiada oyunları yazısı vardır.
Gültən
AzNews.az