“Bu ilin sentyabr ayının əvvəlində mətbuatda 2016-cı ilin Dövlət büdcəsinin necə olmasına münasibət bildirərkən neftin bir barrel üçün qiymətini təqribən 45-50 ABŞ dolları həddində götürməklə, onun gəlirlər üzrə 14 – 14,5 milyard manat, xərclər üzrə isə 15,5 – 16,0 milyard manat səviyyəsində müəyyən olunmasını ən optimal variant hesab etmişdik. Bu gün yayılan büdcə açıqlamalarında gözləntilərimiz praktik olaraq özünü doğrultdu”. “Bu ilin sentyabr ayının əvvəlində mətbuatda 2016-cı ilin Dövlət büdcəsinin necə olmasına münasibət bildirərkən neftin bir barrel üçün qiymətini təqribən 45-50 ABŞ dolları həddində götürməklə, onun gəlirlər üzrə 14 – 14,5 milyard manat, xərclər üzrə isə 15,5 – 16,0 milyard manat səviyyəsində müəyyən olunmasını ən optimal variant hesab etmişdik. Bu gün yayılan büdcə açıqlamalarında gözləntilərimiz praktik olaraq özünü doğrultdu”.

Büdcəmiz 4,8 milyard azaldı: bizi nə gözləyir? – Şərh

“Bu ilin sentyabr ayının əvvəlində mətbuatda 2016-cı ilin Dövlət büdcəsinin necə olmasına münasibət bildirərkən neftin bir barrel üçün qiymətini təqribən 45-50 ABŞ dolları həddində götürməklə, onun gəlirlər üzrə 14 – 14,5 milyard manat, xərclər üzrə isə 15,5 – 16,0 milyard manat səviyyəsində müəyyən olunmasını ən optimal variant hesab etmişdik. Bu gün yayılan büdcə açıqlamalarında gözləntilərimiz praktik olaraq özünü doğrultdu”.


Bunu AzNews.az-a "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov 2016-cı ilin dövlət büdcəsi layihəsini şərh edərkən deyib.



Professor qeyd edib ki, bu büdcə layihəsi Azərbaycan hökumətinin sosialyönümlü mahiyyətini bir daha təsdiq edir: "2016-cı ilin büdcəsində xərclərin bütövlükdə azaldılmasına baxmayaraq sosial yönümlü xərclərin artırıla biləcəyi barədə dediklərimiz də öz təsdiqini tapdı. Bəli, büdcə xərcləri cari ilin proqnoz göstəricilərinə nisbətən 4,8 milyard manat azaldılıb. Lakin buna baxmayaraq gələn ilə sosial yönümlü xərclərin keçən ilin büdcəsi ilə müqaisədə 8,6%, cari ilin proqnoz göstəricilərinə nisbətən 0,7% artımı nəzərdə tutulur. Eyni zamanda, büdcədən elm, təhsil, sosial müdafiə-sosial təminat, mədəniyyət və idman tədbirlərinə xərclərin 2015-ci illə müqaisədə 2,2% artımı proqnozlaşdırılır. İnvestitsiya xərclərinin isə iki dəfəyə qədər azaldılması gözlənilən idi. Ümumiyyətlə, bu büdcə layihəsi göstərdi ki, əhalinin narahat olması üçün heç bir əsas yoxdur. Azərbaycan hökuməti gəlirlərin azaldığı ərəfədə belə sosial yönümlü xərcləri artırdı".

F.Yusifov büdcədə müdafiə xərclərinin artırılmasına da toxunub: "Ermənistanla müharibə vəziyyətində olduğumuzdan büdcədə müdafiə xərclərinin artırılması da məntiqi haldır".

İqtisadçı alim onu da qeyd edib ki, hazırda büdcə layihəsinin geniş təhlili üzərində işləyir və yaxın günlərdə onu oxuculara təqdim edəcək.