- Ermənistan və Gürcüstan
- 13 Yanvar 2019 14:37
- 2 107
Gürcüstandan Rusiyaya gedən yol yenidən bağlandı
Gürcüstan-Rusiya sərhədində yük maşınlarının hərəkəti yenidən qadağan edilib.
Buna səbəb güclü qar yağması, yolların buz bağlaması və Yuxarı Lars yolunda, xüsusən də bəzi tunellərə yaxın ərazilərdə qar uçqunu təhlükəsinin artmasıdır.
Hazırda yolda 100-ə yaxın yük avtomobili dayanıb. Yolun nə vaxt açılacağı məlum deyil.
Yüngül minik avtomobillərinin hərəkəti bərpa olunsa da, sərhəddə tıxac yaranıb. Rusiya tərəfi Gürcüstandan gələn avtomobilləri və sərnişinləri qrip virusu ilə əlaqədar yoxlayır, bəzi təhlükəsizlik tədbirləri həyata keçirilir.(AZƏRTAC)
AzNews.az