Gürcüstanın Acarıstan Muxtar Respublikasında qrip virusundan daha iki nəfər ölüb. Gürcüstanın Acarıstan Muxtar Respublikasında qrip virusundan daha iki nəfər ölüb.

Gürcüstanda daha iki nəfər qripdən öldü

Gürcüstanın Acarıstan Muxtar Respublikasında qrip virusundan daha iki nəfər ölüb.

Ölənlərdən biri 48 yaşlı qadın, digəri isə 33 yaşlı kişidir.

Qadın Batumi xəstəxanalarının birində, kişi isə Türkiyənin Trabzon şəhərində dünyasını dəyişib. Gənc Batumidə xəstəxanada müalicə olunsa da, yaxınları daha sonra onu Trabzona aparıb.

Hər iki şəxsin ölümünə “donuz qripi” adlandırılan A (H1N1) virusunun səbəb olub-olmadığını ekspertiza müəyyən edəcək.

Xatırladaq ki, bu günə qədər qonşu ölkədə 19 nəfərin “donuz qripi”ndən ölməsi laboratoriya şəraitində təsdiq olunub.(report.az)

© AzNews.az