Süleymaninin bağlanmış hesabını 1 milyondan çox insan izləyirdi Süleymaninin bağlanmış hesabını 1 milyondan çox insan izləyirdi

Qasim Süleymaninin rəsmi “İnstagram” səhifəsi bağlandı

Süleymaninin bağlanmış hesabını 1 milyondan çox insan izləyirdi

İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds briqadasının komandiri Qasim Süleymaninin rəsmi "İnstagram" səhifəsi bağlanıb.

Hesab bu gün bağlanıb, lakin İran KİV-ləri general Qasim Süleymaninin adına yeni instaqram səhifəsinin açıldığını qeyd ediblər.

İnstaqram hesabının bağlanma səbəbi bilinməsə də, bəzi mətbuat orqanları buna SEPAH-ın adının ABŞ tərəfindən “beynəlxalq terror təşkilatı” siyahısına daxil edilməsinin səbəb olduğunu yazıb.

Qeyd edək ki, Q.Süleymaninin bağlanmış hesabını 1 milyondan çox insan izləyirdi.

Xatırladaq ki, bundan öncə də Q.Süleymaninin səhifəsi 5 dəfə bağlanıb və yeni hesablar açılıb.(ona.az)

AzNews.az