- Ermənistan və Gürcüstan
- 20 Aprel 2019 21:49
- 2 762
Qar 60-dan çox kəndin yolunu bağladı – İranda
Xarvana bölgəsində qarın hündürlüyü 40 santimetrdən çoxdur.
İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Vərzəqan rayonunda güclü qar yağış nəticəsində 60-dan çox kəndlə əlaqə yolu bağlanıb.
Bunu İranın Şərqi Azərbaycan vilayəti Vərzəqan rayonu yol idarəsinin rəisi Cabir Həbibi İSNA-ya açıqlamasında deyib.
C.Həbibinin sözlərinə görə, rayonun Xarvana bölgəsində qarın hündürlüyü 40 santimetrdən çoxdur.
Həbibi əlavə edib ki, qar yağışı qışda yağan qara bənzəyir: “Rayonun əsas yolları açıqdır. Kənd yollarının açılması üçün qarın təmizlənməsi əməliyyatı sürətlə davam edir”. (trend)
AzNews.az