Gürcüstanın Pankisi dərəsində toqquşmalar: onlarla insan xəsarət aldı

27 nəfər tibbi yardım alıb.

Gürcüstanın Pankisi dərəsində toqquşmalar zamanı onlarla insan xəsarət alıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Kriminal Polisinin Mərkəzi Departamentinin direktor müavini Mamuka Çelidze bildirib.

"Hazırda olan məlumata görə, 27 nəfər tibbi yardım alıb. Onlardan 12-i yerli sakinlər, 15-i polis əməkdaşlarıdır. Daxili İşlər Nazirliyinin 8 əməkdaşı klinikalara aparılıb.

Qeyd edək ki, yerli sakinlər Pankisi dərəsində yeni "Hadori-3" hidroelektrik stansiyasının inşasına qarşı çıxırlar. Onlar tikintinin dayandırılmasını tələb edirlər. (report)

AzNews.az