Gürcüstan İrana humanitar yardım edəcək

Humanitar yardımın ümumi dəyəri 89 164 lari (33 min dollar) təşkil edir.

Gürcüstan İranda aramsız yağışların səbəb olduğu təbii fəalkətlə əlaqədar bu ölkəyə humanitar yardım edəcək.

Bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərara əsasən, İranın təbii fəlakətdən ziyan çəkən əhalisi üçün su konteynerləri, içməli suyun təmizlənməsi üçün filtr kompleksləri, yataq tulumları, xərək və ədyallar göndəriləcək. Humanitar yardımın ümumi dəyəri 89 164 lari (33 min dollar) təşkil edir.

Qeyd edək ki, İranda mart ayının ikinci yarısından etibarən aramsız yağışlar yağıb. Daşqınlar nəticəsində 2000-ə yaxın qəsəbə və kənd su altında qalıb, 70-dən çox insan ölüb. (report)

AzNews.az