“ABŞ regionda “odla oynamağa” hələ bir il öncə başlayıb” “ABŞ regionda “odla oynamağa” hələ bir il öncə başlayıb”

Ruhani ABŞ və Avropa ölkələrinə müraciət etdi

“ABŞ regionda “odla oynamağa” hələ bir il öncə başlayıb”

Bunu İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

İran prezidenti ABŞ və Avropa ölkələrinə müraciət edərək, onları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini icra etməyə çağırıb: “Əgər siz bunu etməsəniz, biz 60 gün bitdikdən sonra növbəti addımlarımızı atacağıq”.

H. Ruhani bildirib ki, iyulun 7-dən Ərak reaktoru ilə bağlı bütün öhdəliklər proqrama uyğun həyata keçirilməsə, İran reaktorun fəaliyyətini əvvəlki şəraitə qaytaracaq.

“Biz İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planına o vaxt sadiq qalacayıq ki, qarşı tərəf öz öhdəliklərini yerinə yetirsin”, - H. Ruhani qeyd edib.(apa.az)

AzNews.az