Maşınların yük bölməsində narkotik vasitə aşkarlanıb Maşınların yük bölməsində narkotik vasitə aşkarlanıb

İran polisindən narkotik əməliyyatı - Tutulan var

Maşınların yük bölməsində narkotik vasitə aşkarlanıb

İranın polisinin Sistan-Bəlucistan vilayətində həyata keçirdiyi əməliyyat zamanı 1 ton 183 kiloqram narkotik vasitə müsadirə olunub.

Vilayət polis idarəsi operativ məlumat əsasında Əfqanıstandan İrana keçən yük maşınlarına baxış keçirib.

Maşınların yük bölməsində narkotik vasitə aşkarlanıb. Polis rəisi Məhəmməd Qəmbəri bildirib ki, sürücü həbs edilib. İstintaq aparılır. Narkotik vasitə qaçaqmalçılıq yolu ilə İrana daxil olub və onun alıcısının axtarışına başlanıb.

M.Qənbəri deyib ki, qaçaqmalçılar İran ərazisindən tranzit kimi istifadə edib narkotik vasitələri qanunsuz yollarla Avropaya nəql edirlər. İran narkotik vasitələrin qaçaqmalçılığının qarşısını almaq üçün dəfələrlə Avropa dövlətlərindən yardım istəsə də, heç bir cavab almayıb.(AZƏRTAC)

AzNews.az