"Donald Trampa müharibəyə səbəb olacaq yalanlar danışılır" "Donald Trampa müharibəyə səbəb olacaq yalanlar danışılır"

Bitirən tərəf onlar olmayacaq - İrandan ABŞ-a müharibə təhdidi

"Donald Trampa müharibəyə səbəb olacaq yalanlar danışılır"

"Müharibəni başladan tərəf biz olmayacağıq".

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif CBS telekanalına müsahibəsində deyib.

O, Səudiyyə Ərəbistanında neft müəssisələrinə edilən hücumla İranın heç bir əlaqəsi olmadığını və tərəfsiz araşdırma aparacaq istənilən komandanın bu nəticəni əldə edə biləcəyini vurğulayıb.

Zərif ABŞ prezidenti Donald Trampa müharibəyə səbəb olacaq yalanlar danışıldığını və Birləşmiş Ştatlarının yalanla gerçəyi ayırd edə biləcək məsuliyyətli milli təhlükəsizlik işçilərinə ehtiyacı olduğunu bildirib.

"Biz danışığa hazırıq, amma qarşıdakı bir neçə il keçərli olacaq razılaşma üçün yox. Qalıcı müqavilələri müzakirə etmək lazımdır.

Müharibəni başladan tərəf biz olmayacağıq və kim başladıbsa, bitirən tərəf də o olmayacaq"`,- deyə nazir qeyd edib.

Pərvanə

AzNews.az